Çin və ABŞ başçıları virtual görüşdülər

Çinin Xarici İşlər Nazirliyi xəbər verib ki...

1734460
Çin və ABŞ başçıları virtual görüşdülər

 

  Çin Xalq Respublikasının sədri Si Cinpin və ABŞ prezidenti Co Bayden arasında virtual görüş keçirilib.

  Çinin Xarici İşlər Nazirliyi xəbər verib ki, 3,5 saatlıq söhbət zamanı Çin-ABŞ münasibətləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  Görüşün mətbuat üçün açıq hissəsində Çin dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və dünyanın iki ən güclü iqtisadiyyatı olan Çin ilə ABŞ arasında təmasların və əməkdaşlığın gücləndirməsinə ehtiyac var.

  Si Cinpin tərəflərin bir-birinə hörmətlə yanaşmalı olduqlarını vurğulayaraq, iqlim dəyişikliyi və “Covid-19” pandemiyası kimi qlobal çağırışlara effektiv cavab daxil olmaqla, sülhpərvər və sabit beynəlxalq mühitin təminatı üçün iki ölkənin münasibətlərini dərinləşdirməsinə ehtiyac olduğunu deyib. O, Çin-ABŞ münasibətlərinin müsbət istiqamətdə irəli aparılması üçün prezident Co Baydenlə işləməyə hazır olduğunu bildirib.

  Qeyd edək ki, Co Bayden ABŞ prezidenti kimi vəzifəsinə başladıqdan sonra Si Cinpin ilə 2 dəfə telefonla danışıb.

 



Әlaqәli Xәbәrlәr