ABŞ Polşa-Belarus sərhədindəki miqrant böhranını yaxından izləyir

Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyanı Polşa-Belarus sərhədindəki miqrant böhranı ilə bağlı Belarusa təsirindən istifadə etməyə dəvət edib.

1734342

Ağ Evin sözçüsü Cen Psaki gündəlik mətbuat konfransında gündəmi dəyərləndirib.

Polşa-Belarus sərhədindəki miqrant böhranını yaxından izlədiklərini ifadə edən C. Psaki "Biz baş verənlərə görə Lukaşenko (Belarus prezidenti) rejiminin cavabdeh olması ilə bağlı avropalı tərəfdaşlarımızla sıx əlaqə saxlayırıq. Buna sanksiyalar da daxildir" ifadəsini işlədib.

ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasında yaxın vaxtlarda telefon danışığını gözləmədiyini qeyd edən Psaki deyib:

"Rusiyanı Belarus üzərindəki nüfuzundan Lukaşenko rejiminin ümidsiz şəxslərə qarşı sui-istifadəsini dayandırmaq üçün istifadə etməyə çağırırıq. Rusiya ilə Belarus arasındakı münasibətlər və Rusiyanın bunu etmək gücünə dair heç bir şübhəmiz yoxdur".

Әlaqәli Xәbәrlәr