Yəmən husilərin yenidən terror siyahısına salınmasını istəyib

Yəməndə hökumət ABŞ və beynəlxalq ictimaiyyəti husiləri yenidən terrorçular siyahısına salmağa çağırıb.

1733757
Yəmən husilərin yenidən terror siyahısına salınmasını istəyib

Yəməndə hökumət ABŞ və beynəlxalq ictimaiyyəti husiləri yenidən terrorçular siyahısına salmağa çağırıb.
"Saba" xəbər agentliyinə bəyanat verən Yəmənin informasiya naziri Məhəmməd əl-İryani ABŞ-ın husiləri terrorçular siyahısından çıxarmasından sonra ötən ayların yəmənlilərin həyatında daha pis, dramatik və qanlı olduğunu bildirib.

"Terror siyahısından çıxarılması Husi milislərinə hücum cəsarəti verdi və bu hücumlarını davam etdirmək üçün yaşıl işıq yandırdı", - deyən İryani bu vəziyyətin yəmənlilərin öldürülməsinə, döyüş meydanının genişləndirilməsinə və qeyri-insani cinayətlərin davam etdirilməsinə kömək etdiyini vurğulayıb.

İryani qeyd edib ki, husilər terrorçular siyahısından çıxarılmaqla, sakitlik və sülhün bərqərar olması səylərinə arxalandı və beləliklə, Lahic, Dali, Hudeydə, Taiz, Marib, Şebvə və Beyda şəhərlərində hərbi əməliyyatlar ilə Səudiyyə Ərəbistanına ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücumlarını artırdı.

“Husi milisləri Əl-Qaidə və DEAŞ-dan heç bir fərqi olmayan terror təşkilatıdır” ifadəsini işlədən İryani onların yalnız güc dilini anladıqlarını və müharibəni dayandırmağa məcbur etməyin yeganə yolunun siyasi və hərbi təzyiqi artırmaq olduğunu bildirib.

İryani ABŞ və beynəlxalq ictimaiyyəti husiləri yenidən terrorçular siyahısına salmağa çağırıb.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə terror təşkilatları siyahısında olan husilər 2021-ci il fevralın ortalarından Co Baydenin səlahiyyət müddətinin başlaması ilə terrorçular siyahısından çıxarılıb.



Әlaqәli Xәbәrlәr