Entoni Blinken qaçqın böhranında Belarus və Rusiyanı günahlandırıb

ABŞ dövlət katibi Entoni Blinken Polşa-Belarus sərhədində baş verən qaçqın böhranında Belarus administrasiyası və Rusiyanı günahlandırıb.

1733969
Entoni Blinken qaçqın böhranında Belarus və Rusiyanı günahlandırıb

ABŞ dövlət katibi Entoni Blinken Polşa-Belarus sərhədində baş verən qaçqın böhranında Belarus administrasiyası və Rusiyanı günahlandırıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Blinkenlə Polşa xarici işlər naziri Zbiqnev Rau arasında baş tutan telefon danışığı ilə bağlı yazılı açıqlama verib.

Açıqlamaya görə, Blinken ABŞ-ın açıq şəkildə Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiyanı Polşa-Belarus sərhədindəki qaçqın böhranına görə məsuliyyət daşıdığını bildirib.
"Lukaşenko rejiminin hərəkətləri regionda təhlükəsizliyi təhdid edərək parçalanmağa kömək etdiqdə, Rusiyanın Ukrayna sərhəddindəki addımlarından diqqətləri başqa tərəfə yayındırmaq məqsədi daşıyır”- açıqlamada bildirilib.

Blinken həmçinin Belarusun "qaçqınlardan öz maraqları üçün istifadə etdiyini" əsas gətirərək, bu ölkəyə və Rusiyaya qarşı Qərb sanksiyalarının arta biləcəyi barədə xəbərdarlıq edib.

Digər tərəfdən, İraq Belarus və Polşa sərhədindəki 8 düşərgədə 571 İraq vətəndaşının qeydiyyata alındığını və ölkədəki vətəndaşlarının oraya getməməsi üçün bəzi dövlətlərlə koordinasiyalı işlərə başladığını bəyan edib.

Qeyd edək ki, Avropaya getmək arzusu ilə yola çıxan və Polşa ilə Belarus arasında ilişib qalan minlərlə sığınacaq axtaran insan soyuq hava şəraiti və qida çatışmazlığı səbəbindən çətin şərtlər altında həyat mübarizəsini davam etdirir.



Әlaqәli Xәbәrlәr