Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək

Bolqarıstanda prezident seçkilərinin ilk turunda namizədlərdən heç biri kifayət qədər səs toplaya bilməyib. Bu səbəbdən ikinci tur seçkilər keçiriləcək.

1733846
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək

“Alfa Researc” sosioloji agentliyinin keçirdiyi “exit-poll”a əsasən, Bolqarıstan Sosialist Partiyası (BSP) tərəfindən namizədliyi irəli sürülmüş hazırkı prezident Rumen Radev 49,1 faiz səs toplayıb. O namizədlər arasında ən çox səs topladığı üçün ikinci turda yarışacaq.

Keçmiş baş nazir Boyko Borisovun Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşları Partiyası (GERB) tərəfindən dəstəklənən Sofiya Universitetinin rektoru Anastas Qersikov isə Dadevdən sonra ən çox səs (26,5%) topladığı üçün ikinci turda Radevə qarşı mübarizə aparacaq.

Qeyd edilir ki, digər namizədlərdən Hüquq və Azadlıqlar Hərəkatının rəhbəri Mustafa Karadai seçkilərdə 9,8 faiz səslə üçüncü yerdə iştirak edib. Onu səslərin 5,06% -ni toplayan Lozan Panov izləyib.

Seçkilərin ikinci turu 21 noyabrda baş tutacaq.

 



Әlaqәli Xәbәrlәr