Epidemiya zamanı ilk üz-üzə G-20 Liderlər Zirvə Toplantısı

Zirvə toplantısından sonra İtaliya dövri sədrliyini İndoneziyaya təhvil verəcək

1725929
Epidemiya zamanı ilk üz-üzə G-20 Liderlər Zirvə Toplantısı

 

  Yeni tip koronavirus (Covid-19) epidemiyası zamanı ilk üz-üzə G-20 Liderlər Zirvə Toplantısı İtaliyanın paytaxtı Romada keçiriləcək.

  G-20 dövri sədrliyini 1 dekabr 2020-ci ildə Səudiyyə Ərəbistanından təhvil alan İtaliya 2021-ci il boyu sürəcək başçılığını Romada 30-31 oktyabr tarixlərində edəcəyi G-20 Liderlər Zirvə Toplantısı ilə tamamlayacaq.

  Tədbirdə başçıların çox tərəflilik, bərabərlik və sağlıq xidmətlərinə müraciətlərin zəmanətə alınması, gələcəkdəki fors-major vəziyyətlərə qarşı müqavimətin yaradılması və ümumi rifahın dəstəklənməsi istiqamətində sürətli epidemiya cavabı təmin etməyə fokuslanma və yeni təkliflərə baxılması gözlənilir.

  Zirvə toplantısından sonra İtaliya dövri sədrliyini İndoneziyaya təhvil verəcək.

  Türkiyəni ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın təmsil edəcəyi tədbirdə İngiltərə baş naziri Boris Conson, Fransa prezidenti Emmanuel Makron və dövlət və hökumət rəhbərləri olacaq.

  Qeyd edək ki, Almaniyada keçirilən seçkilərdə yenidən namizəd olmayaraq siyasət və baş nazirliklə vidalaşmağa hazırlaşan kansler Angela Merkel isə ölkəsini son dəfə G-20 Liderlər Zirvə Toplantısında təmsil edəcək.

  Tədbirə Türkiyə, ABŞ, İngiltərə, Rusiya, Yaponiya, Kanada, Almaniya, Fransa, Avstraliya, Braziliya, Argentina, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Cənubi Koreya və Avropa İttifaqı və eyni zamanda, Beynəlxalq Maliyyə Fondu (İMF), Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Ticarət Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı və Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq qurumların başçı və nümayəndələri qatılacaq.

  Rusiya prezidenti Vladimir Putin, Yaponiya baş naziri Fumio Kishida, Meksika prezidenti Andres Manual Lopez Obrador və Çin dövlət başçısı Şi Cinpinq isə zirvə toplantısında onlayn iştirak edəcəklər.



Әlaqәli Xәbәrlәr