Avropa İttifaqı məhkəməsi Polşanı cəzalandırdı

Məhkəmənin qərarının əsasını bu il iyulun 14-də qəbul edilmiş və Polşadan Avropa hüququna hörmət, eləcə də milli hüququ Avropa hüququnun fövqündə tutmamağı tələb edən Sərəncam təşkil edir

1725980
Avropa İttifaqı məhkəməsi Polşanı cəzalandırdı

 

  Avropa İttifaqının ali məhkəmə orqanı olan Avropa Ədalət Məhkəməsi Polşanı gündəlik bir milyon avro ödəmək cəzasına məhkum edib. Qərara səbəb Polşanın ədliyyə islahatına dair həmin məhkəmə tərəfindən verilmiş qərarların icrasından imtina etməsidir. Polşa hökuməti Avropa Ədalət Məhkəməsinin qərarını bu ölkəyə qarşı təzyiq kimi dəyərləndirərək rədd edib.

  Məhkəmənin qərarının əsasını bu il iyulun 14-də qəbul edilmiş və Polşadan Avropa hüququna hörmət, eləcə də milli hüququ Avropa hüququnun fövqündə tutmamağı tələb edən Sərəncam təşkil edir. Polşa öz ədliyyə sistemindəki islahatlardan geri çəkilməyəcəyini elan etdikdən sonra Avropa Komissiyası sentyabr ayında Avropa Ədalət Məhkəməsinə müraciət edib və Polşanın maliyyə sanksiyası vasitəsilə 14 iyul Sərəncamına riayət etməsi üçün qərar verilməsini istəyib. Sanksiya Polşanın Avropa Ədalət Məhkəməsinin qərarlarına hörmətlə yanaşanadək qüvvədə qalmalıdır.

  Rəsmi Varşava məhkəmənin qərarına hələlik heç bir açıqlama verməsə də, ədliyyə nazirinin müavini Sebastian Kaleta Avropa Ədalət Məhkəməsini öz səlahiyyətlərini aşmaqda, Polşa konstitusiyasına və həmçinin Konstitusiya Məhkəməsinin hökmlərinə məhəl qoymamaqda günahlandırıb.



Әlaqәli Xәbәrlәr