Çin monolitik bərk yanacaqlı raket mühərrikini sınaqdan keçirib

Çinin Kosmik Elm və Texnologiya Korporasiyasının (CASC) mütəxəssisləri dünyanın ən böyük təkanlı monolitik bərk yanacaqlı raket mühərrikini uğurla sınaqdan keçiriblər.

1722270
Çin monolitik bərk yanacaqlı raket mühərrikini sınaqdan keçirib

Bu barədə korporasiyadan məlumat yayılıb. Bildirilir ki, 500 tonluq mühərrikin diametri 3,5 metrdir və müxtəlif qabaqcıl texnologiyalardan istifadə etməklə hazırlanıb. Açıqlamada  həmçinin: “Sınaqların uğurlu olması çinli mütəxəssislərin ağır sinif raketlərinin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli olan bərk yanacaqlı raket mühərriklərinin hazırlanmasında irəliləyiş nümayiş etdirir”.



Әlaqәli Xәbәrlәr