Bu ölkə ballistik raketini (SLBM) sınaqdan keçirib

Şimali Koreya sualtı qayıqla ballistik raketini (SLBM) sınaqdan keçirib.

1722214
Bu ölkə ballistik raketini (SLBM) sınaqdan keçirib

Şimali Koreyanın sınaqlarını izləyən Cənubi Koreya ordusu Şimalın yerli vaxtla saat 10:17-də şərq sahillərindəki bir bölgədən SLBM olduğu ehtimal edilən qısamənzilli ballistik raket atdığını bildirib.

Cənubi Koreyanın Yonhap xəbər agentliyinin bildirdiyinə görə, 60 kilometr yüksəkliyə qalxan raket təxminən 430-450 kilometr məsafəni qət edib.

Sınaqların vaxtı diqqət cəlb edir. Keçən ay Cənubi Koreya SLBM-ni uğurla sınaqdan keçirən səkkizinci ölkə oldu. İki gündən sonra isə Cənubi Koreya özünün ilk kosmik raketini buraxmağa hazırlaşır.



Әlaqәli Xәbәrlәr