Nigeriyada silahlı hücum,onlarla ölü var

Nigeriyanın Sokoto əyalətində ticarət mərkəzinə silahlı hücum təşkil edilib.

1721521
Nigeriyada silahlı hücum,onlarla ölü var

Sokoto Əyalət Hökumətinin sözçüsü Məhəmməd Bello hadisə ilə əlaqəli açıqlama verib. Qeyd edib ki, şəxsiyyəti hələ təyin edilməyən silahlı insanların əyalətin Goronyo bölgəsində yerləşən açıq bazar yerinə hücumu nəticəsində ilk məlumatlara görə 30 nəfər həyatını itirib. Sözçünün sözlərinə görə ölü sayı arta bilər. Çox sayda adamın da yaralandığı hadisə ilə əlaqəli istintaq başladılıb.



Әlaqәli Xәbәrlәr