Norveçdə naməlum şəxs ox və yayla ən az 5 nəfəri öldürüb

Norveçdə naməlum şəxsin ox və yayla öldürdüyü şəxslərin sayı 5 nəfərə çatıb.

1719287
Norveçdə naməlum şəxs ox və yayla ən az 5 nəfəri öldürüb

Norveçdə naməlum şəxsin ox və yayla öldürdüyü şəxslərin sayı 5 nəfərə çatıb.  

Bu barədə Norveç Polis İdarəsi "Twitter" səhifəsində məlumat yayıb.

Məlumata görə, hadisə paytaxt Osloya 58 km məsafədə yerləşən Kunqsberq şəhərində baş verib. Hadisə zamanı həmçinin bir neçə nəfər xəsarət alıb. Yaralılar arasında polis əməkdaşı da var. 

Cinayətkar saxlanılıb. Qeyd edilir ki, o, təkbaşına hərəkət edib.

Polisin hadisənin terror aktı olduğunu istisna etmədiyi bildirilib.


Etiketlәr: #Norveç , #ox və yay

Әlaqәli Xәbәrlәr