Nigeriya bu ölkələrdən gələnlərə karantin tətbiqinə son qoydu

Nigeriya, yeni növ koronavirus (Covid-19) əleyhinə mübarizə çərçivəsində Türkiyə, Braziliya və Cənubi Afrikadan gələnlərə karantin tətbiqini ləğv etdi.

1719604
Nigeriya bu ölkələrdən gələnlərə karantin tətbiqinə son qoydu

Nigeriya Hökumət Katibi və Covid-19 əleyhinə mübarizə mərkəzinin (PSC) rəhnbəri Boss Mustafa bu barədə açıqlama verib. Qeyd edib ki, hökumət daha əvvəl Türkiyə, Braziliya və Cənubi Afrikadan gələnlərə tətbiq olunan 7 günlük karantin şərti qərarını ləğv etdi. Mustafa, qərarın epidemiyadan təsirlənən ölkələrdə cərəyan edən proseslər araşdırdıqdan sonra qəbul edildiyini vurğulayıb.

Mustafanın sözlərinə  görə ölkəyə daxil olacaq bütün sərnişinlərdən səfərdən 72 saat əvvəl alınmış mənfi Covid-19 test nəticəsi tələb ediləcək.

Qeyd edək ki, Nigeriya hökuməti, Covid-19 əleyhinə mübarizə çərçivəsində, 4 Mart tarixindən etibarən Türkiyə, Braziliya və Hindistandan ölkəyə gedənlərə 7 günlük karantin tətbiq edirdi.



Әlaqәli Xәbәrlәr