Honkonqda məktəblər bağlandı, birja əməliyyatları dayandırıldı

Çinin Honkonq Xüsusi İnzibati Bölgəsinin cənub ərazilərində təsirli olan Kompasu tayfunu səbəbindən məktəblər bağlandı.

1718931
Honkonqda məktəblər bağlandı, birja əməliyyatları dayandırıldı

TRT-nin bölgə nümayəndəliyi bildirib ki, Tayfun səbəbiylə təhsil ilə yanaşı bir çox ictimai xidmətlər və birja əməliyyatları da dayandırılıb.

Honkonq Rəsədxanasından yayılan açıqlamada isə tayfun ilə yanaşı güçlü yağışın davam etdiyi, bu səbəbdən daşqınların ola biləcəyi bildirilib.

Rəsmi açıqlamalara görə tayfun günortadan sonra tədricən zəifləyəcək və Cənubi Çin dənizinin şimalından keçərək Vyetnama yönələcək.



Әlaqәli Xәbәrlәr