ABŞ: Müttəfiqimiz Türkiyəyə edilən hücumları qınayırıq

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays gündəlik mətbuat brifinqində terror təşkilatı YPG/PKK -nın Türkiyəyə qarşı hücumlarına münasibət bildirib.

1718684

Prays YPG/PKK-nın adını çəkmədən "NATO müttəfiqimiz Türkiyəyə sərhədlərarası hücumları qınayırıq. Suriyada ölən iki türk polisinin ailələrinə başsağlığı veririk" deyib.

"Türkiyə bizim əhəmiyyətli bir NATO müttəfiqimizdir" deyə qeyd edən N. Prays deyib ki, bütün tərəflərin atəşkəs bölgələrinə riayət etməsi, Suriyada sabitliyi gücləndirməsi və siyasi həll yolunda çalışması vacibdir.

"Türkiyə bizim əhəmiyyətli bir NATO müttəfiqimizdir və terrorla mübarizədən Suriyadakı münaqişənin sona çatmasına qədər bir çox sahədə ortaq maraqlarımız var. Suriya siyasəti ilə bağlı Ankara ilə sıx məsləhətləşməyə davam edəcəyik" deyə Ned Prays qeyd edib. 

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays F-16-larla bağlı bir suala Konqresə bildirilənə qədər müdafiə sahəsindəki satışlarla əlaqədar heç bir açıqlama verməyəcəklərini söyləyib.

Әlaqәli Xәbәrlәr