Putin, Makron və Merkel Ukraynadakı münaqişəni müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Angela Merkel ilə Ukraynadakı münaqişənin həllinə dair telefonla danışıb.

1718302

Rusiya Prezidentinin mətbuat xidmətinin yaydığı bəyanatında bildirilib ki, liderlər Minsk razılaşmalarının Donbasdakı vəziyyətin həlli üçün "alternativsiz əsas" olaraq qaldığını qeyd ediblər: "Liderlər, həmçinin, Rusiya, Almaniya və Fransanın Normandiya formatında səylərinin daha da əlaqələndirilməsində maraqlı olduqlarını vurğulayıblar.
Putin Minsk razılaşmaları üzrə öhdəliklərin yerinə yetirilməsindən "Normandiya Dördlüyü" sammitinin qərarlarından "inadla yayınan" Kiyev siyasətinə "prinsipial qiymət verib".

Bəyanatda o da vurğulanıb ki, mövcud vəziyyətin çətin olduğunu nəzərə alaraq liderlər siyasi məsləhətçilərinə və xarici işlər nazirliklərinə təmasları gücləndirməyi və Normandiya Dördlüyü çərçivəsində çalışmağı tapşırıblar”.

Qeyd edilib ki, Rusiya, Almaniya və Fransanın xarici işlər nazirləri zirvə görüşünün təşkili üçün imkanları və ilkin şərtləri müəyyənləşdirəcəklər.

Әlaqәli Xәbәrlәr