Angela Merkel: "Türkiyə Avropaya qanunsuz immiqrasiya ilə mübarizədə Aİ üçün mərkəzi rol oynayır"

Almaniya kansleri Angela Merkel Türkiyənin Avropaya qanunsuz immiqrasiya ilə mübarizədə Avropa İttifaqı (Aİ) üçün mərkəzi rol oynadığını söyləyib.

1718455

"Jüdische Allgemeine" qəzeti Qüdsdəki Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunu ziyarət edən Merkelin Türkiyə ilə bağlı sözlərini çatdırıb.

Kansler Merkel Türkiyə ilə bağlı suala belə cavab verib:
"Türkiyəni görməzlikdən gələ bilməzsiniz. NATO üzvü Türkiyə Avropaya qanunsuz immiqrasiya ilə mübarizədə Aİ üçün mərkəzi rol oynayır. Türkiyənin böyük hədəfləri var və münasibətlərdə bir çox xəyal qırıqlığı yaşanır. Əsas mövzularda yanaşmalar fərqli olsa da, yenə də praqmatik razılaşma yolları tapmalısınız. Bir-birimizlə danışmağa davam etməliyik".

Әlaqәli Xәbәrlәr