Zelenskinin Rusiyanın qanunsuz ilhaq etdiyi Krımda seçki keçirməsinə qarşı sanksiya qərarı

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın qanunsuz ilhaq etdiyi Krımda seçki keçirməsinə qarşı sanksiyalar tətbiq edib.

1715272

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin qərarı ilə Rusiya vətəndaşları da daxil olmaqla 95 nəfər sanksiya siyahısına salınıb.

Zelenskinin tətbiq etdiyi sanksiyalara görə, bu şəxslərin ölkəyə girişi qeyri-müəyyən müddətə qadağan ediləcək və aktivləri dondurulacaq.

İqtisadi sanksiyalar siyahısına 3 Rusiya və 1 Sinqapur şirkətinin daxil olduğu da qeyd edilib.

Xatırladıq ki, Rusiyada 17-19 sentyabr tarixlərində parlamentin aşağı palatası Dövlət Duması, 39 federativ bölgənin parlamenti və bəzi bölgələrdə icra və bələdiyyə seçkiləri üçün səsvermə keçirildi.

Ukrayna rəhbərliyi Rusiyanın Krımda seçki keçirməsinə beynəlxalq hüququ pozduğunu əsas gətirərək etiraz etdi.

Avropa İttifaqı (Aİ) Rusiyanın qanunsuz olaraq ilhaq etdiyi Krımda keçirilən seçkiləri tanımadığını bəyan etdi.

Rusiya 2014-cü ildə Krımı qanunsuz olaraq ilhaq edib.

Әlaqәli Xәbәrlәr