Yaponiyada hökumət istefaya gedib

Yaponiyada Yosihide Suqi hökuməti istefaya gedib.

1714028
Yaponiyada hökumət istefaya gedib

Yaponiyada Yosihide Suqi hökuməti istefaya gedib.

"Kyodo" agentliyinin məlumatına görə, Yaponiyanın baş naziri Yosihide Suqi hökuməti tam heyətdə istefaya gedib.

Nazirlər Kabinetinin növbədənkənar iclasında baş nazir Suqi bütün hökumət üzvlərindən istefa bəyanatlarını toplayıb. Onlar yeni hökumətin qurulmasına qədər öz nazirliklərinin müvəqqəti icraçısı olacaqlar. Tezliklə Yaponiya parlamenti yeni baş nazirin namizədliyinə səs verəcək.

Hökumətin başçısı hakim Liberal Demokrat Partiyasının yeni sədri Fumio Kisida olacaq. Bundan sonra Kişida yeni hökumətinin tərkibini açıqlayacaq.

Gözlənilir ki, xarici işlər naziri Tosimisu Moteqi və müdafiə naziri Nobuo Kisi yeni Nazirlər Kabinetinin heyətində öz vəzifələrini saxlayacaq.



Әlaqәli Xәbәrlәr