Avropa İttifaqı Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq müqaviləsi imzalandığını bildirib.

1714122

Borel "Twitter" hesabından etdiyi paylaşımda xarici işlər naziri Faysal Bin Ferhan ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda siyasət, sosial-iqtisadi, təhlükəsizlik və digər mövzularda əlaqələri müntəzəm təmaslar vasitəsilə inkişaf etdirmək üçün əməkdaşlıq müqaviləsi imzaladığını ifadə edib.

Sözügedən ölkə ilə ilk insan hüquqları dialoquna da başladıqlarına diqqət çəkən Borel bu həftənin "tərəfdaşlıqdakı müsbət dinamika" göstərdiyini vurğulayıb.

Borel Körfəz bölgəsinə etdiyi ilk səfəri çərçivəsində Qətər və Birləşmiş Ərəb Əmirliklərindən sonra Səudiyyə Ərəbistanına gedib.

Әlaqәli Xәbәrlәr