İordan çayının qərb sahilində bir fələstinli öldürülüb

İsrail qüvvələri İordan çayının qərb sahilində 1 fələstinlini öldürüb.

1712446
İordan çayının qərb sahilində bir fələstinli öldürülüb

İşğal altında olan İordan çayınınqərb sahilinin şimalındakı Cenin şəhəri yaxınlığındakı Berkin qəsəbəsində İsrail qüvvələrinin açdığı atəş nəticəsində bir fələstinlinin öldüyü bildirilib. 
İsrail əsgərlərinin Berkin qəsəbəsinə basqını zamanı Fələstinli gənclərlə qarşıdurma yaranıb. İsrail əsgərləri həqiqi və rezin güllə ilə gözyaşardıcı qaz bombalarından istifadə edərək fələstinlilərə müdaxilə edib.

Qarşıdurma zamanı boyun və sinəsindən vurulan fələstinli gənclərdən biri ölüb. 

Qeyd edək ki, 26 sentyabrda İsrail qüvvələrinin basqınlarında 2 -si Berkin qəsəbəsindən olan 5 fələstinli həyatını itirib.

İsrail qüvvələri axtarıldıqlarını iddia etdikləri fələstinliləri saxlamaq üçün Fələstin şəhərlərinə tez-tez basqınlar edir. Bu basqınlar zamanı onlarla fələstinlilər arasında toqquşmalar baş verir.



Әlaqәli Xәbәrlәr