Çin Xalq Cümhuriyyəti: AUKUS müqaviləsi nüvə silahlarının yayılmasını artıra bilər

Çin ABŞ, İngiltərə və Avstraliya arasında imzalanan "AUKUS xüsusi təhlükəsizlik müqaviləsi" nin bölgədə nüvə silahlarının yayılmasını artıra biləcəyi ilə bağlı xəbərdarlıq edib.

1712571

Çinin xarici işlər naziri Vanq Yi Malayziya və Bruney xarici işlər nazirləri ilə telefon danışığında AUKUS müqaviləsini qiymətləndirib.

Vanq AUKUS-un bölgədə nüvə silahlanmasını artıra biləcəyini  vurğulayıb və bunun bölgədəki silahlanma yarışını artıra biləcəyini qeyd edib.

Çin, Cənub-Şərqi Asiya Dövlətləri Birliyi (ASEAN) və digər bölgə ölkələrinin birgə səyləri ilə bölgənin dünyanın ən dinamik və ən sürətlə böyüyən hissəsinə çevrildiyini vurğulayan Vanq nüvə silahlanmasının və ümumi silahlanma yarışının refional rifah və sabitliyə zərər verəcəyini söyləyib.

Bundan əlavə, Vanq AUKUS-un bölgədə "Soyuq müharibə" düşüncəsinin yenidən canlanmasına səbəb ola biləcəyini deyib.

Çinin bölgədə artan gücünə qarşı hərəkətə keçən Avstraliya, ABŞ və İngiltərə (16 sentyabr) "AUKUS" adlı təhlükəsizlik əməkdaşlığı müqaviləsi imzaladılar (16 sentyabr). AUKUS müqaviləsinə əsasən, Avstraliyanın Adelaide şəhərində nüvə enerjisi ilə işləyən ən azı 8 sualtı qayığın qurulacağı açıqlanmışdı.

Әlaqәli Xәbәrlәr