Kanadada yeni hökumət nə vaxt qurulacaq?
Kanadanın Baş naziri Castin Trüdo oktyabr ayında yeni hökumət quracaq.
1711847
Kanadanın Baş naziri Castin Trüdo oktyabr ayında yeni hökumətin qurulacağını elan edib.
O deyib ki, Kanada general-qubernatoru Meri Saymonla danışdım və hökumət qurmaqla bağlı niyyətimi təsdiqlədim. Hökumət oktyabr ayında and içəcək.
Trüdonun sözlərinə görə, o, müavini və maliyyə naziri Xristya Friland öz vəzifələrinin icrasını davam etdirəcəklər.