ÜST koronavirusa yoluxanların sayının artdığını bildirib

Son bir gün ərzində dünyada "Covid-19"a daha 453 600 yoluxma aşkarlanıb.

1708332
ÜST koronavirusa yoluxanların sayının artdığını bildirib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasına görə, pandemiya müddətində dünyada koronavirus infeksiyasına ümumilikdə 228 394 572 yoluxma qeydə alınıb.

Son bir gün ərzində dünyada "Covid-19"a daha 453 600 yoluxma aşkarlanıb.

Bildirilib ki, infeksiyadan ölənlərin sayı 4 690 186 nəfərə çatıb. Siyahıda ilk yerləri ABŞ, Braziliya, Hindistan və digər ölkələr bölüşdürür.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



Әlaqәli Xәbәrlәr