Efiopiyada 120-dən çox dinc sakinin qətlə yetirildiyi irəli sürülüb

Efiopiyada yerli səlahiyyətlilər üsyançı Tigray Xalq Azadlıq Cəbhəsi (TPLF) qüvvələrinin Amhara əyalətində 120-dən çox dinc sakini qətləyetirdiyini irəli sürüblər.

1704883

"Associated Press"in xəbərinə görə, qətliamın törədildiyi Dabat bölgəsinin direktoru Sevunet Vubalem TPLF tərəfindən indiyə qətlə yetirilmiş 123 cəsəd tapdıqlarını və bu sayın artacağından narahat olduqlarını bildirib.

Vubalem qətliamın TPLF-in Gondar şəhərini ələ keçirmək səylərinin 27 avqustda qarşısının alınmasından sonra törədildiyini qeyd edib: "Uşaqlar, analar hətta dini liderlər də hədəf alınınmışdır".

Qeyd edək ki, hökumətin Tigray blokadasını qaldırması üçün son aylarda hücumlarını Amhara və Afar əyalətlərinə daşıyan TPLF daha əvvəl fərqli bölgələrdə qırğınlar törətməkdə günahlandırılmışdı.

TPLF sentyabrın 8-də 150 adamın Tigrayda blokada səbəbiylə aclıqdan öldüyünü iddia etmişdi.

Әlaqәli Xәbәrlәr