Meksikada xəstəxananı su basıb, 16 xəstə ölüb

Meksikanın İdalqo ştatının Tula şəhərində xəstəxananı su basması nəticəsində 16 xəstə ölüb.

1704460
Meksikada xəstəxananı su basıb, 16 xəstə ölüb

Meksikanın İdalqo ştatının Tula şəhərində xəstəxananı su basması nəticəsində 16 xəstə ölüb.
Bildirilib ki, güclü yağış Tula çayının daşmasına gətirib çıxarıb. Xəstəxananı su basması nəticəsində oksigen təchizatı sistemi qapanıb, bu da xəstələrin ölümünə səbəb olub.
Digər xəstələr xəstəxanadan təxliyyə olunub. Ümumilikdə şəhərdəki 2 minə yaxın ev su altında qalıb.
Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Milli Qvardiyanın minə yaxın şəxsi heyəti və xilasedicilər əraziyə cəlb olunub.
Meksika Prezidenti Andres Manuel Lopez Obrador Tuladakı vəziyyətin ağır olduğunu deyərək, bölgəyə artıq yardımların çatdırıldığını və daşğından ən az 39 min nəfərin təsirləndiyini bildirib.



Әlaqәli Xәbәrlәr