Parlament Sədrlərinin V Ümumdünya Konfransı başlayıb

Konfransda Türkiyəni Türkiyə Böyük Millət Məclisinin (TBMM)  sədri Mustafa Şentop təmsil edir.

1704105
Parlament Sədrlərinin V Ümumdünya Konfransı başlayıb

Parlamentlərarası Birliyin (PAB) təşkilatçılığı ilə keçirilən Parlament Sədrlərinin V Ümumdünya Konfransı Avstriyanın paytaxtı Vyanada başlayıb.

Konfransda Türkiyəni Türkiyə Böyük Millət Məclisinin (TBMM)  sədri Mustafa Şentop təmsil edir.

Konfransın açılış nitqi ilə çıxış edən PAB prezidenti Duarte Paşeko 2021-ci ildə yeni tip koronavirus (Covid-19) epidemiyası səbəbindən 4 milyondan çox insanın öldüyünü xatırladıb: "Yoxsulluqla zəngin və yoxsul arasındakı uçurum da genişləndi və təəssüf ki, bərabərsizlik də artdı".

Qvineyadakı hərbi çevrilişə toxunan Paşeko "Biz konstitusiyanın zorla dəyişdirilməsinin əleyhinəyik. Parlamentlərarası Birlik Qvineyadakı millət vəkillərinin həyatından narahatdır" deyib.

Paşeko dünya miqyasında ciddi şəkildə artani ekstremizmlə qarşı-qarşıya olunduğuna dieqqət çəkərək, iqlim dəyişikliyinə qarşı mübarizəyə çağırıb.

O deyib ki, iqlim böhranına tamaşa edə bilmərik. Çünki məclis sədrləri olaraq hər şeyi dəyişdirə bilmə gücümüz var. Mövcud vəziyyəti dəyişə bilərik və dəyişdirməliyik.

Norveç Parlamentinin sədri Tone Vilhelmsen Tröen isə kişi və qadın bərabərliyinə toxunaraq, "Gender bərabərliyinə əsaslanan bir siyasətə ehtiyac var" deyib.

Birləşmiş Millətlər Təşkilatının 76 -cı Baş Assambleyasının prezidenti Abdulla Şadid də insanların məsuliyyət daşıyanlardan daha ədalətli bir dünya və daha az düşmənçilik istədiklərini dilə gətirib. 

Konfransın açılış sessiyasından sonra ümumi danışıqlara başlanıb.



Әlaqәli Xәbәrlәr