İran Talibanın Pencşirdəki hücumlarını qınayıb

İran Əfqanıstanın paytaxtı Kabilin şimalındakı Pencşir vilayətinə Taliban tərəfindən həyata keçirilən hücumları qınayaraq, problemləri həll etmək üçün münaqişə tərəflərini dialoqa çağırıb.

1703376

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatibzadə paytaxt Tehranda keçirdiyi mətbuat konfransında Talibanın Pəncşir vadisindəki hücumlarını şiddətlə qınadıqlarını açıqlayıb.

Hatibzadə Pencşirdəki vəziyyəti "narahatlıq doğuran" bir vəziyyət olaraq xarakterizə edərək deyib ki, hər iki tərəf də bu yolun qardaşların qırğını ilə nəticələnməsinə imkan verməməlidir. Pəncşir xalqı aclıq çəkir və suyu və işığı kəsilərkən mühasirəyə düşür. Taliban beynəlxalq qanunlara görə öhdəliklərinə əməl etməlidir.

Hatibzadə bu ölkədə yeganə həll yolunun Əfqanıstanda bütün tərəflər arasında dialoq və əhatəli bir hökumət qurmaq olduğunu vurğulayıb.

Әlaqәli Xәbәrlәr