ABŞ-da İda qasırğasının qurbanları artır

Amerika Birləşmiş Ştatlarının (ABŞ) şimal-şərqini təsiri altına alan İda qasırğasının səbəb olduğu güclü yağış və daşqınlar nəticəsində ən az 45 nəfər həyatını itirib.

1701777
ABŞ-da İda qasırğasının qurbanları artır

Ölkənin cənubundakı Luiziana ştatından sonra şimal-şərqdə təsirli olan İda qasırğası, Nyu-York, Nyu-Jersey, Pennsylvania, Maryland və Connecticut ştatlarından güclü yağışlara səbəb olub. Nyu -Yorkda sel və daşqınlar nəticəsində 13 nəfər həyatını itirərkən, Nyu -Jersey ölənlərin sayı 23 -ə çatıb. Pensilvaniya, Merilend və Konnektikut ştatlarında isə ən az 45 nəfər daşqın nəticəsində həyatını itirib.

Nyu-Jersey Qubernatoru Phil Murphy-in sözlərinə görə ölənlərin əksəriyyəti yollarda avtomobilləri ilə selə məruz qalanlardır. Seldən zərər çəkmiş bölgələrdə axtarış -xilasetmə işləri davam edərkən, insan tələfatının artacağından narahatlıq duyulur.



Әlaqәli Xәbәrlәr