Yunan bəstəkar Mikis Teodorakis vəfat edib

“Sirtaki”musiqisinin müəllifi Yunan Bəstəkar Mikis Teodorakis 96 yaşında vəfat edib.

1701468
Yunan bəstəkar Mikis Teodorakis vəfat edib

TRT Yunan mətbuatına istinadən xəbər verir ki, uzun müddət xəstə olan bəstəkarın səhhəti son vaxtlar daha da pisləşibmiş.

M.Teodorakis 1925-ci ildə Yunanıstanda anadan olub. O, bəstəkarlıqla yanaşı şair, aktivist, siyasətçi kimi də tanınıb.Ona dünya şöhrəti gətirən musiqi isə “Yunan Zorba” filmi üçün yazdığı “Sirtaki” əsəri olub. M.Teodorakis mahnılarını “Bitls” qrupu, Edit Piaf kimi sənətçilər ifa ediblər.

Bəstəkar 1983-cü ildə "Xalqlar arasında sülhü gücləndirdiyinə görə" Beynəlxalq Lenin Mükafatı laureatına layiq görülüb.

 



Әlaqәli Xәbәrlәr