ABŞ Co Bayden : “20 ildir davam edən müharibəmiz sona çatdı”

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Co Bayden, ölkəsinin Əfqanıstandan çıxmasına dair qərarının atılmış doğru addım olduğunu, ancaq Əfqanıstan ordusunun bu qədər qısa müddətdə talibana təslim olacağını təxmin etmədiklərini bildirib.

1700573
ABŞ Co Bayden : “20 ildir davam edən müharibəmiz sona çatdı”

Co Bayden ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması prosesi tamamlandıqdan sonra Ağ Evdə jurnalistlərə açıqlama verib. Prezident: “Dünən axşam etibarı ilə ABŞ-ın Əfqanıstandakı 20 illik müharibəsi sona çatdı. Bu, ABŞ tarixində ən uzun müharibə hesab edilir. ABŞ, tarixində ən böyük hava təxliyəsini həyata keçirərək 120 mindən çox adam ölkədən çıxarıldı. Bu ölkədəki müharibəni sona çatdırmaq qərarına Aprel ayında gəlidik və 31 Avqusta qədər qoşunların ölkədən çıxarılması prosesinin sona çatdırılmasını planlaşdırıldı. 20 ildir hazırladığımız və təchiz etdiyimiz 300.000-dən çox Əfqanıstan milli təhlükəsizlik qüvvəsinin Talibana qarşı güçlü müqavimət göstərə biləcəyini gümün edirdik. Lakin bunun mümkün olmadığını gördük”.

Əfqanıstandan 5500 ABŞ vətəndaşını çıxşardıqlarını, ölkədə təxminən 100-200 adamın qaldığını ifadə edən Bayden, bu ölkədən ayrılmaq istəyən ABŞ vətəndaşlarının 90% faizinin çıxarıldığını, qalanların tələb etmələri halında çıxarılacağını, Dövlət katibi Antoni Blinkenin hər bir ABŞ vətəndaşının və ya Əfqan müttəfiqin ölkədən təhlükəsiz çıxması ilə əlaqəli diplomatik səyləri davam etdirdiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr