Əlcəzair Mərakeşlə diplomatik münasibətləri kəsdi

Qeyd edək ki, bir neçə gün əvvəl Əlcəzair Xarici İşlər Nazirliyi Mərakeşlə diplomatik münasibətləri nəzərdən keçirəcəyini bəyan etmişdi

1696782
Əlcəzair Mərakeşlə diplomatik münasibətləri kəsdi

 

  Əlcəzair Mərakeşlə diplomatik münasibətləri kəsib.

  Əlcəzairin xarici işlər naziri Ramdan Lamamra keçirdiyi mətbuat konfransında bu addımı qonşu dövlətin “düşməncəsinə etdiyi hərəkətlərlə” əlaqələndirib. 

  Qeyd edək ki, bir neçə gün əvvəl Əlcəzair Xarici İşlər Nazirliyi Mərakeşlə diplomatik münasibətləri nəzərdən keçirəcəyini bəyan etmişdi. İki ölkə arasında gərginlik qərb sərhədlərində təxribatların artması ilə əlaqədardır. Əlcəzairlə Rabat Qərbi Səhrada mübahisəli əraziyə iddia edirlər. Polisario Cəbhəsi adlanan və Əlcəzairin dəstəklədiyi siyasi təşkilat 1970-ci ilədək İspaniyanın müstəmləkəsi olmuş və sonradan Mərakeş tərəfindən işğal edilmiş torpaqların müstəqilliyi uğrunda mübarizə aparır. Bu münaqişə səbəbindən 1990-cı ildə Əlcəzair və Mərakeş arasında quru sərhədləri bağlanıb və iki dövlət arasında münaqişə getdikcə dərinləşib.



Әlaqәli Xәbәrlәr