Nigeriyada silahlı hücum, onlarla ölü var

Qərbi Afrika ölkəsi Nigeriyanın Katsina və Kaduna əyalətlərində silahlıların hücumları nəticəsində 23 nəfər həyatını itirib.

1695465
Nigeriyada silahlı hücum, onlarla ölü var

Katsina Polis idarəsinin direktoru Qambo İsa bu barədə açıqlama verib. o qeyd edib ki, bir qrup motosikletli silahlının əyalətin Basari bölgəsindəki Duba kəndində törətdiyi hadisə nəticəsində 14 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.

Kaduna əyalətinin daxili təhlükəsizlik üzrə komissarı Samuel Aruvan da açıqlamasında, hadisənin əyalətin Zanqon Kataf ərazisində törədildiyini, 9 adamın öldüyünü və çox sayda insanın yaralandığını bildirib. Aruvan həmçinin qeyd edib ki, əyalətdə motosikletli silahlılar tərəfindən girov götürülən 12 nəfər ordu qüvvələri tərəfindən xilas edilib.

Qeyd edək ki, ölkədə motosikletli silahlıların hücumlarının artması səbəbindən bəzi əyalətlərdə motosiklet istifadəsi qadağan edilib. sözügedən ərazilərdə heyvandarlıqla məşğul olan Fulani tayfası ilə əkinçiliklə dolanan bəzi tayfalar arasında tez-tez qarşıdurmalar baş verir. Eləki keçən il, Kaduna əyalətində silahlıların hücumlarında 937 nəfər həyatını itirdi. 1972 nəfər oğurlandı.



Әlaqәli Xәbәrlәr