Burkina Fasoda terror aktı, onlarla ölən var

Burkina Fasonun Sahel bölgəsində mülki vətəndaşlar və təhlükəsizlik qüvvələrinin maşın karvanına hücum təşkil edilib.

1693683
Burkina Fasoda terror aktı, onlarla ölən var

TRT xəbər verir ki, hadisə Sum qəsəbəsinin Qorqadji rayonunda törədilib. Əsgərləri və könüllü mülki müdafiə işçiləri daşıyan maşın karvanına hücum nəticəsində təhlükəsizlik qüvvələrinə kömək edən 30 mülki, 14 təhlükəsizlik qüvvəsi və 3 könüllü həyatını itirib. 19 nəfər yaralanıb. Hadisədən sonra ərazidə başladılan əməliyyat nəticəsində 58 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, ölkənin qonşu Malidə fəaliyyət göstərən Əl-Qaidə və DEAŞ terror təşkilatına mənsub terrorçular 2015-ci ildən bəri Burkina Fasonun şimal və şərqində qanlı hadisələr törədirlər. Burkina Faso terror qruplaşmalarına qarşı hərbi əməliyyatlar keçirsə də, Malidə yerləşən terror qruplarının gücünü sındıra bilmir.

Birləşmiş Millətlər Təşkilatının hesabatına görə cari ilin əvvəlindən etibarən 17500 insan təhlükəsizlik səbəbiylə ölkəni tərk etmək məcburiyyətində qalıb.



Әlaqәli Xәbәrlәr