Haiti hökuməti beynəlxalq cəmiyyəti yardıma çağırır

14 avqustda Haiti sahillərində baş verən 7,2 ballıq zəlzələdə həyatını itirənlərin sayı 1,297-ə yüksəlib

1691895
Haiti hökuməti beynəlxalq cəmiyyəti yardıma çağırır

 

  14 avqustda Haiti sahillərində baş verən 7,2 ballıq zəlzələdə həyatını itirənlərin sayı 1,297-ə yüksəlib.

  Rəsmilərin açıqlamalarına görə, ölkədə böyük dağıntıya səbəb olan zəlzələdən sonra başlanan axtarış-xilasetmə işləri davam edir.

  Haiti Mülki Müdafiə Agentliyinin məlumatında zəlzələdə həyatını itirənlərin sayının 1297, yaralıların 5700-ə çatdığı bildirilir.

  Böyük dağıntıya səbəb olan zəlzələnin şokunu yaşayan ölkə hökuməti beynəlxalq ictimaiyyəti yardıma çağırıb.

  Haitinin baş naziri Ariel Henri zəlzələnin böyük ziyan vurduğu ölkədə bir ay müddətinə fövqəladə vəziyyət elan edib.



Әlaqәli Xәbәrlәr