Katoliklərin ruhani lideri Papa Fransiskə içində 3 güllə olan zərf göndərilib

Milan yaxınlığındakı Peskyera-Borromeo şəhərində poçt işçiləri Papa Fransiskə ünvanlanan və içində 3 güllə olan bir zərf aşkar ediblər.

1688522
Katoliklərin ruhani lideri Papa Fransiskə içində 3 güllə olan zərf göndərilib

TRT “Messaggero” qəzetinə istinadən xəbər verir ki, məktub sortlaşdırma prosesi zamanı gecə tapılıb. 

“Papaya, Vatikan şəhəri, Müqəddəs Pyotr Meydanı” ünvanlı və içində 9 mm diametrli 3 güllə olan zərf müsadirə edilib. 

Ehtimal olunur ki, o, Fransadan göndərilib. Zərfin içərisində Vatikandakı maliyyə əməliyyatlarından bəhs edən bir qeyd də olub.



Әlaqәli Xәbәrlәr