KTR administrasiyasından Maraş ilə bağlı açıqlama yayılıb

Yaşayışın qadağan olduğu Maraş bölgəsinin heç bir qərar ilə özgə bir idarəyə verilməsi söz mövzusu deyil. Bu Kipr Türk Respublikası administrasiyasından yayılan açıqlamada deyilib.

1681892
KTR administrasiyasından Maraş ilə bağlı açıqlama yayılıb

Kipr Türk Respublikası aparatından yayılan yazılı açıqlamada 2019 -cu ildə KTR Nazirlər Şurasında qəbul edilən qərar ili Maraşın yaşayışa açılması ilə əlaqəli izliniləcək siyasətin müəyyənləşdirildiyi və bu çərçivədə lazımlı işlərin başladıldığı xatırladılıb. Açıqlamada: “KTR-na məxsus ərazi olan Maraş, Kıbrıs probleminin əsiri olmaqdan xilas olaraq həyatın bir parçası halına gətiriləcək. Maraşın hər hansı bir şəxs tərəfindən başqa bir idarəyə verilməsi söz mövzusu deyil. KTR-nin heç kimin haqq və hüququnda tamahı yoxdur. Əksinə, Maraşın açılması ilə bağlı atılan addımlardan da müşahidə olunduğu kimi haqq sahiblərinin uzun illərdir gözlədikləri hüquqlarını əldə edəcəkləri siyasət izləyirik. Avropa İttifaqının (Aİ) Ada ilə əlaqəli mövqeyi Rum siyasətinin və şərhlərinin təkrarlanmasından ibarətdir. Kiprdə ədalətli və davamlı uzlaşma yalnız iki tərəfin öz iradəsi ilə ortaq zəmində razılaşmasından sonra danışıqlar yolu ilə əldə edilə bilər. Bu kontekstdə iki tərəfin bərabərliyi həyati əhəmiyyət kəsb edir. Aİ başda olmaqla bütün tərəflər bu prinsip çərçivəsində addım atmalıdır.



Әlaqәli Xәbәrlәr