Myanmada seçki nəticələri ləğv edildi

Myanmada hərbi çevriliş ilə seçilmiş hökuməti ələ keçirən ordu, 8 Noyabr 2020-ci ildə keçirilən ümumi seçkilərinin nəticəsinin etibarsız olduğu qərarına gəlib.

1680683
Myanmada seçki nəticələri ləğv edildi

1 Fevral tarixində həyata keçirilən hərbi çevrilişindən sonra yaradılan Birlik Seçki Komissiyasının (UEC) Sədri Thein Soe bu barədə açıqlama verib. Qeyd edib ki, Suy Chinin partiyası Milli Demokratik Birliyinin (NLD) 2020-ci ildə keçirilən seçkilərdə saxtakarlığa yol verdiyinə dair iddialar ilə əlaqəli aparılan istintaq tamamlanıb və 11 milyondan çox səsin etibarsız olduğu müəyyənləşdirilib. Bu səbəbdən 2020 seçkilərinin nəticələri ləğv edilib. Theiun Soe yeni ümumi seçkilərin nə vaxt keçiriləcəyi barədə məlumat verməyib.

Xatırladaq ki, 8 Noyabr 2020-ci ildə keçirilmiş seçkilərdə ölkənin keçmiş faktiki lideri və Xarici İşlər Naziri Suu Kyinin partiyası, Milli Məclisə 238 mandat və Senata 138 yer qazandı. Ancaq Myanma ordusu, 2020-ci ildə keçirilən ümumi seçkilərdə saxtakarlıq iddialarının artması və ölkədə siyasi gərginliyin tarıma çəkilməsi səbəbindən 1 fevralda hakimiyyəti ələ keçirdi.



Әlaqәli Xәbәrlәr