Leverkusen şəhərində tullantıların yandırılması zavodunda güclü partlayış olub

Almaniyanın Leverkusen şəhərində tullantıların yandırılması zavodunda güçlü partlayış olub.

1681004
Leverkusen şəhərində tullantıların yandırılması zavodunda güclü partlayış olub

Levirkusen polis idarəsindən yayılan açıqlamada partlayış nəticəsində ikisi ağır olmaqla xeyli sayda adam yaralanıb. Zavodda işləyən 5 nəfər itkin düşüb. Güclü partlayış nəticəsində meydana gələn sıx tüstü səbəbindən ətrafdakı evlərin və iş yerlərinin pəncərə və qapılarının bağlı qalması barədə əhaliyə çağırış edilib. Alman mətbuatı partlayışın obyektin yanacaq çənlərinin yerləşdiyi ərazidə baş verdiyini yazıb. Leverkusen yanğınsöndürmə idarəsi isə smartfon istifadəçilərinə “yüksək təhlükə” xəbərdarlığı göndərib. Partlayışdan qaynaqlanan tüstünün kilometrlərdən göründüyü bildirilib.



Әlaqәli Xәbәrlәr