Banqladeşdə koronavirusa yoluxanların və ölənlərin sayı artıb

Yeni tip koronavirus (Kovid-19) əleyhinə mübarizənin davam etdiyi Banqladeşdə, epidemiyanın başlanğıcından bəri gündəlik ölüm və hadisələrdə ən yüksək sayı qeyd alınıb.

1680940
Banqladeşdə koronavirusa yoluxanların və ölənlərin sayı artıb

Qurban Bayramı münasibəti (19-21) ilə məhdudiyyətlərin yüngülləşdirildiyi ölkədə koronavirusa yoluxanların sayında böyük artım olub.

TRT-nin yerli mediaya istinadən verdiyi xəbərə görə, Banqladeşdə koronavirusdan sutka ərzində 247 nəfər həyatını itirib. Bir gündə 15192 hadisə qeydə alınıb. Bu da virusun ilk aşkarlandığı ötən ilin martından bəri sutka ərzində qeydə alınan ən yüksək ölüm və hadisə sayı hesab edilir.

Qeyd edək ki, Delta variantına görə xəstə sayının artmağa davam etdiyi Banqladeşdə bu günə qədər 12 milyondan çox doza peyvənd tətbiq edilib.



Әlaqәli Xәbәrlәr