İtaliyanın müxtəlif şəhərlərində aksiya keçirilib

İtaliyada  hökumətin bir sıra ictimai yerləri ziyarət etmək üçün tələb olunan "Covid-19" sertifikatlarının (Yaşıl keçid sənədi) tətbiqinə qarşı etiraz aksiyaları keçirilib, aksiyalarda bir neçə min nəfər iştirak edib.

1679682
İtaliyanın müxtəlif şəhərlərində aksiya keçirilib

İtaliyada  hökumətin bir sıra ictimai yerləri ziyarət etmək üçün tələb olunan "Covid-19" sertifikatlarının (Yaşıl keçid sənədi) tətbiqinə qarşı etiraz aksiyaları keçirilib, aksiyalarda bir neçə min nəfər iştirak edib.

Paytaxt Romanın ən işlək meydanlarından biri olan Popoloda toplaşan minlərlə insan tez-tez "Azadlıq, Azadlıq" və "Yaşıl keçidə xeyr" kimi şüarlar səsləndirdikdə, "Diktaturaya Xeyr" və "Yaşasın konstitusiya" yazılmış devizlər daşıyıblar. 

Nümayişçilər daha sonra medianın senzurasına məruz qaldıqlarını iddia edərək, etiraz aksiyasını İtaliyanın dövlət kanalı "RAI"-nin mərkəzi binasının qarşısında keçiriblər.

Etirazçılar yürüş zamanı məşəl yandıraraq Baş nazir Mario Draghi və jurnalistlərə qarşı şüarlar səsləndiriblər.

Digər tərəfdən, "Covid-19" epidemiyasına qarşı mübarizədə yaradılan Baş Nazirliyin Fövqəladə Tədarük İdarəsinin komissarı general Francesko Figliuolo Baş nazir Draghinin açıqlamasından sonra peyvənd olunmaq üçün vaxt tələbində  200 faizdən çox artım olduğunu mətbuata açıqlayıb.

Qeyd edək ki, Draghi 22 iyulda "Yaşıl keçid" sənədinin təfərrüatlarını izah edərkən "İtalyan iqtisadiyyatı yaxşı gedir, bərpa olunur. İtaliya digər Avropa ölkələril müqayisədə daha sürətli böyüyür, lakin "Delta" variantı ciddi bir təhlükədir.  "Yaşıl keçid" sənədi kefə görə tətbiq edilmir, iqtisadi fəaliyyətlərin davam edə bilməsinin bir şərtidir. Dinclik üçün bir tədbirdir" sözlərindən istifadə etmişdi.



Әlaqәli Xәbәrlәr