Belçikanın Namur və Dinant şəhərlərində sel müşahidə olunub

Belçikada on gün əvvəl baş verən daşqın fəlakətindən sonra ölkənin cənub-şərqindəki Namur və Dinant kimi şəhərlərdə sel qeydə alınıb.

1679637
Belçikanın Namur və Dinant şəhərlərində sel müşahidə olunub

Belçikada on gün əvvəl baş verən daşqın fəlakətindən sonra ölkənin cənub-şərqindəki Namur və Dinant kimi şəhərlərdə sel qeydə alınıb.
Gün ərzində yağan güclü yağış səbəbindən Namur şəhərinin bəzi küçələri axşam saatlarında su altında qalıb. Bir çox ev və zirzəmiləri su basıb.

Bölgədə yaşayan insanların sosial mediada paylaşdığı görüntülərdə Dinantda bəzi maşınların sel suları tərəfindən sürükləndiyi görülür.
Bölgədəki bəzi yolların sel səbəbiylə bağlandığı və istinad divarının çökməsi səbəbindən bir çox evin boşaldığı bildirilib.

Daşqının səbəb olduğu dağıntılar və insan tələfatı barədə dəqiq məlumat yoxdur.



Әlaqәli Xәbәrlәr