Avstriya şərq sərhədində əsgər sayını artıracaq

Avstriya qeyri-qanuni miqrasiyaya qarşı mübarizə çərçivəsində Macarıstan, Slovakiya və Sloveniya sərhədlərindəki əsgər sayını artıracaq.

1679656
Avstriya şərq sərhədində əsgər sayını artıracaq

Avstriya qeyri-qanuni miqrasiyaya qarşı mübarizə çərçivəsində Macarıstan, Slovakiya və Sloveniya sərhədlərindəki əsgər sayını artıracaq.

Daxili işlər naziri Karl Nehammer və müdafiə naziri Klaudia Tanner təşkil etdikləri birgə mətbuat konfransında immiqrasiya və sərhəd təhlükəsizliyi mövzusunda açıqlamalar veriblər.

Avropa İttifaqı (Aİ) tərəfindən irəli sürülən immiqrasiya qaydalarının qanunsuz miqrantlara qarşı təsirsiz olduğunu iddia edən Nehammer xüsusilə Macarıstan sərhədində baş verənlərə görə hazırda şərq sərhədlərində xidmət göstərən əsgər sayının yaxın gələcəkdə 1000-dən 1400-ə çıxarılacağını söyləyib. 

Bununla əlaqədar Aİ-dən lazımi köməyi ala bilmədiklərini söyləyən Nehammer ölkədəki artan əfqan cəmiyyətinə işarə edərək, Avstriya və Almaniyanın "Aİ-nin Əfqanıstan problemini" həll edə bilməyəcəyini iddia edib.

Müdafiə naziri Tanner də Macarıstan sərhədində cari il insan alverilə bağlı 200 nəfərin həbs edildiyini, bu səbəbdən başda bu bölgə olmaqla Slovakiya və Sloveniya sərhədlərindəki əsgər sayının 2000-ə qədər artırıla biləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr