Son 24 saatda dünyada koronavirusa 573 mindən çox yoluxma qeydə alınıb

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 573 mindən çox artıb.

1679336
Son 24 saatda dünyada koronavirusa 573 mindən çox yoluxma qeydə alınıb

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son 24 saat ərzində 573 mindən çox artıb.

Son 24 saat ərzində 573 min 762 nəfər yeni koronavirusa yoluxub, 8 min 646 nəfər isə dünyasını dəyişib. Bununla da yoluxanların ümumi sayı 194 milyon 14 min 60, ölənlər isə 4 milyon 159 min 695 nəfərə çatıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (35,2 milyon), Hindistan (31,3 milyon), Braziliya (19,6 milyon), Rusiya (6 milyon), Fransa (5,9 milyon), Böyük Britaniya (5,6 milyon) və Türkiyədə (5,5 milyon) qeydə alınıb.

Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) önümüzdəki aylarda “Delta” ştammının yayılmasının daha çox olacağını açıqlayıb. 

“Qarşıdakı aylarda koronavirusun “Delta” ştammı dominatlığını qoruyub saxlayacaq”.

Bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi ilə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə yayımladığı məlumatda bildirilib.

“Mövcud tendensiyalara əsaslanaraq, “Delta” variantı yaxın aylarda dünyada hökm sürən gərginlik yaradacaq. Artıq demək olar ki, bu, bütün Avropa ölkələri üçün də müəyyənləşdirilib”, məlumatda vurğulanıb.

Hesabatda, həmçinin, qeyd edilib ki, daha rəqabətli virus ortaya çıxmasa, “Delta” digər ştammlardan daha çox yayılmağa davam edəcək.



Әlaqәli Xәbәrlәr