Hindistanda leysan yağışları səbəbindən ölənlərin sayı artmaqda davam edir

Leysan yağışları Hindistanın qərb sahillərinə daha çox yağıb. Rayqad, Ratnaqiri, Satara bölgələrinə və Mumbay şəhərinin ətrafına ciddi ziyan dəyib.

1679318
Hindistanda leysan yağışları səbəbindən ölənlərin sayı artmaqda davam edir

Hindistanın qərbindəki Maharaştra əyalətində son 48 saat ərzində yağan güclü yağışın səbəb olduğu dağıntılar və torpaq sürüşmələri nəticəsində daha əvvəl 49 olaraq açıqlanan ölü sayı 129 nəfərə çıxıb.

80-dən çox insanın isə itkin düşdüyü bildirilib.

Leysan yağışları Hindistanın qərb sahillərinə daha çox yağıb. Rayqad, Ratnaqiri, Satara bölgələrinə və Mumbay şəhərinin ətrafına ciddi ziyan dəyib.

Fəlakət bölgələrində xilasetmə işləri davam edir. Səlahiyyətli şəxslər ölkənin Hərbi Dəniz Qüvvələrindən kömək istəyib. Hərbçilər əhaliyə kömək etmək üçün səfərbər edilib.



Әlaqәli Xәbәrlәr