Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı artmaqda davam edir

Almaniyada Reynland-Pfalz, Şimali Reyn-Vestfaliya və Bavyera əyalətlərində güclü yağışların səbəb olduğu sel və daşqınlarda ölənlərin sayı 171 nəfərə çatıb.

1678069
Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı artmaqda davam edir

Almaniyada Reynland-Pfalz, Şimali Reyn-Vestfaliya və Bavyera əyalətlərində güclü yağışların səbəb olduğu sel və daşqınlarda ölənlərin sayı 171 nəfərə çatıb.
Alman Xəbər Agentliyinin (DPA) Koblenz şəhər polisinə əsaslandırdığı xəbərdə sel fəlakətində həyatını itirənlərin sayının Reynland-Pfalz əyalətində 122-yə çatdığı ifadə edilib.

Xəbərdə Arvayler dairəsindən itkin düşən 155 nəfərin axtarıldığı və yaralananların sayının da bu əyalətdə 763 olduğu məlumatı yer alıb. 

Şimali Reyn-Vestfaliya əyalətində daşqınlarda həyatını itirənlərin sayının 48-ə yüksəldiyi bildirilib.

Köln şəhər polisinin açıqlamasında Bad Münstereifel qəsəbəsində şəxsiyyəti məlum olmayan bir cəsəd tapıldığı qeyd edilib.

Açıqlamada əvvəllər itkin düşdüyü bildirilən 850 nəfərdən çox insanla telefonla əlaqə qurulduğu, hazırda Bonn/Reyn-Sieg bölgəsində 14, Euskirhen bölgəsində isə 2 nəfərin axtarıldığı bildirilib.

Bavyera əyalətində isə bir nəfər kimi qeydə alınan ölüm sayında heç bir artım olmasa da, ölkədə sel və daşqınlarda ölənlərin sayı 171-ə çatıb.

Digər tərəfdən, daşqın fəlakətinin baş verdiyi bölgədəki yardım işləri və ya daşqından təsirlənənlərin olduğu kollektiv sığınacaq yerlərinə görə yeni növ koronavirus (Covid-19) hallarının artacağı ilə bağlı narahatlıqlar var.

Reynland-Pfalz əyalətinin Səhiyyə Nazirliyinin bu səbəbdən daşqından təsirlənmiş ərazilərdə peyvənd kampaniyası təşkil etməyə hazırlaşdığı qeyd edilib.

Daşqından təsirlənmiş ərazilərdə axtarış-xilasetmə, dağıntıların təmizlənməsi və təmizlik işləri davam edir.



Әlaqәli Xәbәrlәr