Haitinin baş naziri istefa verəcəyini açıqladı

Yerli mətbuatın yazdığına görə...

1677812
Haitinin baş naziri istefa verəcəyini açıqladı

 

  Haitidə sui-qəsd nəticəsində öldürülən ölkə prezidenti Covenel Moizin (Jovenel Moise) səlahiyyətlərini yerinə yetirən müvəqqəti baş nazir Klod Cozef (Claude Joseph) istefa verəcəyini açıqladı

  Yerli mətbuatın yazdığına görə, Moizin sui-qəsdə uğramadan qısa müddət əvvəl baş nazir olaraq təyin etdiyi, ancaq andiçmə mərasimi olmadığı üçün vəzifəsi rəsmiyyət qazanmayan Cozef "Ölkənin yaxşılığı üçün" baş nazir postunu Arilel Henriyə (Ariel Henry) təhvil verəcəyini bildirib.

  Haitidə hər hansı bir narahatlıq yaşanmasını istəmədiyini söyləyən Klod Cozef deyib: "Məni tanıyan hər kəs bu rəqabətdə, ya da başqa bir vəzifə almaqda niyyətimin olmadığımı bilir."



Әlaqәli Xәbәrlәr