Nigeriyada silahlı hücum, 13 polis ölüb

Qərbi Afrika ölkəsi Nigeriyanın Zamfara əyalətində polisə silahlı hücum nəticəsində 13 polis məmuru həyatını itirib.

1677377
Nigeriyada silahlı hücum, 13 polis ölüb

TRT, Milli mediaya istinad etdiyi xəbərində bildirib: hadisə Zamfara vilayətinin Kurar-mota kəndində baş verib. Şəxsiyyəti müəyyənləşdirilməyən silahlı bir qrup ərazidə patrul xidməti çatdıran polisə hücum edib. Nəticədə 13 polis işçisi həyatını itirib. Çox sayda insan yaralanıb.

Zamfara icra hakimiyyət başçılığı yanında mətbuat xidmətindən yayılan yazılı açıqlamasında hücum təsdiq edilsə di ölənlərin sayı barədə konkret məlumat verilməyib. Vali Bello Matawalle isə hücumda yaralanan 7 polisi xəstəxanada ziyarət edib.

Xatırladaq ki, ölkə prezidenti Məhəmməd Buxari daha əvvəl əyaləti “uçuşa qadağan” bölgə elan etmiş və təhlükəsizlik səbəbi ilə bölgədə mədənçıxarma fəaliyyətini qadağan etmişdi.

Qeyd edək ki, Zamfara vilayəti heyvandarlıq ilə məşğul olan Fulani qəbilisi və kənd təsərrüfatı ilə məşğul olan bəzi qəbilələr arasında şiddətli qarşıdurmalara səhnə olur. Bölgədəki qarşıdurmalarda təxminən 2 min adam həyatını itirib və minlərlə insan evini tərk etmək məcburiyyətində qalıb.



Әlaqәli Xәbәrlәr