Almaniya həm axtarır, həm təmizləyir

Almaniya Xilasetmə Birliyindən (VDF) verilən məlumatda Şimali Reyn Vestfalyada sel fəlakətində həyatını itirənlər arasında 4 xilasedicinin də olduğunu bildirib

1676850
Almaniya həm axtarır, həm təmizləyir

 

  Almaniyanın Reynland-Pfalz (Rheinland-Pfalz), Şimali Reyn Vestfalya və Bavyera əyalətlərində həddindən artıq düşən yağmurun səbəb olduğu sel və su basqınlarında ölənlərin sayı 150-ni keçib.

  Koblenz polisinin veridyi məlumata görə, sel fəlakətində həyatını itirənlərin sayı Reynland-Pfalz əyalətində 100-dən çoxdur.

  Ümumilikdə isə ölkədə sel və su basqınlarında ölənlərin sayı 150-ni keçib, 670 adam yaralanıb, itkin düşənlərin axtarış-xilasetmə işləri davam edir.

  Almaniya Xilasetmə Birliyindən (VDF) verilən məlumatda Şimali Reyn Vestfalyada sel fəlakətində həyatını itirənlər arasında 4 xilasedicinin də olduğunu bildirib.

  Ölkənin kansleri Angela Merkel iyulun 18-də Reynland-Pfalz əyalətinin seldən təsirlənən Şuld (Schuld) rayonuna gedəcək.

  Qeyd edək ki, selin ziyan çəkdiyi bölgələrdə bir tərəfdən axtarış-xilasetmə işləri gedir, bir tərəfdən suyun çəkildiyi yerlərdə dağıntıları aradan qaldırma və təmizlik işləri görülür.



Әlaqәli Xәbәrlәr