Almaniya, Belçika və Fransanı sel-su aparır

Meteoroloqların sözlərinə görə, bu, son onilliklərdə baş vermiş ən güclü daşqınlardan biridir

1676519
Almaniya, Belçika və Fransanı sel-su aparır
Avropa_sel.jpg
Almaniya_sel_.jpg

 

  Almaniya və Belçikanın qərb əyalətlərində son dövrlərdə baş vermiş ən güclü daşqın nəticəsində itkilər barədə ilkin məlumata görə, 100-dən çox adam həlak olub, 1300-dən çoxu itkin düşüb. Bu iki ölkənin əksər regionlarında hərc-mərclik yaranıb və daşqın qurbanlarının dəqiq sayını demək hələlik mümkün deyil.

  Almaniyanın Reynland-Pfals və Şimali Reyn-Vestfalya əyalətləri daha çox zərər çəkib. Belçikada və Niderlandda güclü dağıntılar baş verib. Belçikada azı 11 nəfər həlak olub. Niderlandın, Fransanın və İsveçrənin ayrı-ayrı rayonlarında suyun səviyyəsi qalxmaqda davam edir.

  Belçikanın fəlakət zonasında və AFR-in qərb əyalətlərində 15 minə yaxın xilasedici, hərbçi, polis və qəza-xilasetmə xidmətlərinin əməkdaşları çalışır. Almaniya və Belçika kəndlərinin çoxunu su basıb, yollara ağaclar yıxılıb, maşınlar yollarda üzür, küçələr gur sulu çaylara çevrilib. Bütün bu mənzərələr dünən başlanmış daşqının nəticəsidir. Meteoroloqların sözlərinə görə, bu, son onilliklərdə baş vermiş ən güclü daşqınlardan biridir.

  Sakinlər öz evlərinin damlarına dırmaşıb xilasediciləri gözləyirlər. Bir neçə tibb müəssisəsinə 3500-ə yaxın insan yerləşdirilib. Yerli hakimiyyət orqanları bildirirlər ki, hazırda fəlakət rayonunda mobil rabitə işləmir, bu səbəbdən adamların çoxu ilə əlaqə saxlamaq mümkün deyil.



Әlaqәli Xәbәrlәr