"İsrail ilə bəzi ərəb ölkələri arasında imzalanan normallaşma müqavilələri illüziyadan ibarətdir"

Mahmud Abbas ərəb ölkələrindən bəzilərilə ilə İsrail arasında imzalanan normallaşma müqavilələrinin bir "illüziya" olduğunu və buna müvəffəq olmayacağını söyləyib.

1667075
"İsrail ilə bəzi ərəb ölkələri arasında imzalanan normallaşma müqavilələri illüziyadan ibarətdir"

Fələstin dövlət başçısı Mahmud Abbas ərəb ölkələrindən bəzilərilə ilə İsrail arasında imzalanan normallaşma müqavilələrinin bir "illüziya" olduğunu və buna müvəffəq olmayacağını söyləyib. 

FƏTH hərəkatı və Qüds Açıq Universitetinin əməkdaşlığı ilə təşkil edilən konfransın açılışında Abbasın əvvəlcədən yazılmış bir video çıxışı yayımlanıb.

Abbas müricətində "Hər kəsin məlumu olduğu kimi "əsrin müqaviləsi" olaraq bilinən şeyi uğursuz başa vurduq və sözdə "İbrahim normallaşma müqavilələri "nin (İsrail ilə normallaşma) müvəffəq olmayacaq bir illüziya olduğu hər kəsə aydın oldu" ifadələrdən istifadə edib.

Sülh və təhlükəsizliyin yalnız işğalın sona çatması və Fələstin xalqının özgürlük, müstəqillik və paytaxtı Şərqi Qüds olan bir Fələstin dövlətini qurmaq haqqına qovuşduğu zaman əldə edilə biləcəyini söyləyən Abbas "Dünya İsraili işğalçı və irqçi bir dövlət olaraq görməyə başladı və beynəlxalq ictimaiyyət Fələstini qəbul etmək üçün tədricən bir dəyişikliyin şahidi olur" deyib.



Әlaqәli Xәbәrlәr